Türkiyə I Liqasında 24-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Ankara Keçiörengücü" doğma meydanda "Balıkesirspor"u qəbul edib. Matç Ankara təmsilçisinin 3:1 hesablı qələbəsiylə başa çatıb.
Vüsal İsgəndərli də bu qarşılaşmanın iştirakçısı olub. 26 yaşlı vinger 81-ci dəqiqədə meydana daxil olub.
Xallarını 31-ə yüksəldən "Ankara Keçiörengücü" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi