"Qarabağ" Avropa Konfrans Liqası pley-off mərhələsi çərçivəsində sabah səfərdə "Marsel"in qonağı olacaq.
Sportal.az xəbər verir ki, matçdan öncə baş tutan mətbuat konfransında Fransa təmsilçisinin yarımmüdafiəçisi Papa Qeye açıqlama verib. 23 yaşlı futbolçu "Qarabağ"ı yaxşı təhlil etdiklərini deyib:
"Oyuna sakit yanaşırıq, bütün həftə yaxşı çalışmışıq. Biz "Qarabağ"ı yaxşı təhlil etmişik, bilirik ki, onların çoxlu legioner oyunçuları var. Asan oyun olmayacaq. Öz meydanımızda qələbə qazanmaq istəyirik.
Avropa Konfrans Liqası? İlkin məqsəd bu deyildi, bunu gizlətmək fikrində deyilik. Amma komanda və mən bunu təsəlli kimi qəbul etmirik. Biz böyük klubuq, bütün yarışlarda, bütün növ matçlarda qalib gəlməliyik və məqsəd bütün yolu keçməkdir".
saytlarin hazirlanmasi