"Qarabağ" Avropa Konfrans Liqasının pley-off mərhələsində sabah səfərdə "Marsel"in qonağı olacaq.
Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Fransa klubunun baş məşqçisi Xorxe Sampaoli jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis "Qarabağ"la oyunların çətin olacağını bildirib:
"Sıx qrafikli bir dövrə girdiyimizi düşünürük. Bütün məqsədlərə çata bilmək üçün rotasiyaya ehtiyacımız olacaq. Oyunçularımız oynamağa hazırdır və hər kəsin hazırlığına eyni əhəmiyyət veririk.
Məqsəd bu yeni yarışı tanımaq, heç vaxt qarşılaşmadığım yeni oyunçularla tanış olmaqdır. "Qarabağ" bu yarışda ən çox topa sahib olan komandadır. Məqsədimiz sabah və bazar günü qalib gəlməkdir. Biz bu turnirdə və Liqa 1-də nə qədər irəli gedə biləcəyimizi görmək istəyirik. Ən yaxşı oyunçular sabah, həm də bazar günü oynayacaqlar.
Düşünürük ki, Stiv Mandanda meydançaya qayıtmağa hazırdır. O, gərgin qrafikdə rəqabətdən yararlana bilən futbolçulardan biridir.
Bu, biz də daxil olmaqla, hər kəs üçün təcrübə olacaq. Ona görə deyirəm ki, “Qarabağ”la evdə, bu cür matçlara öyrəşmiş, beynəlxalq təcrübəsi olan oyunçularla oynamaq çətin olacaq. Əsas çətinlik iki qarşılaşma arasında hazırlıq müddətinin az olmasıdır".
saytlarin hazirlanmasi