"Marsel"in baş məşqçisi Xorxe Sampaoli Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis 3:1 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:
“Bizim üçün çətin oldu, çünki “Qarabağ” oynamağa imkan vermədi. Birinci hissə ağır keçdi. İkinci yarıda isə ümumiyyətlə oynaya bilmədik. Kollektiv şəkildə zəif oynadıq. Arkadiuş Milikin oyundan çıxarkən mənfi jestini görmədim. Məni maraqlandıran onların oynadıqları dəqiqələrdir. Çünki qarşıda vacib oyunlarımız var”.
Bu komandalar arasında cavab görüşü fevralın 24-də Bakıda baş tutacaq.