"Marsel"in futbolçusu Dmitri Paye Konfrans Liqasında "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
Sportal.az xəbər verir ki, Paye 3:1 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:
"Qarabağ" Fransaya nəticə qazanmaq üçün gəlmişdi. Biz topla yaxşı oynayan yaxşı komanda ilə qarşılaşırdıq. Bu matç avrokubok qarşılaşmalarının asan olmadığını göstərdi. İkili mübarizələrdə daha yaxşı oynaya bilərdik. Amma ilk növbədə kiçik hesablı qələbəni təmin etmək lazım idi ki, bunu da bacardıq.
Meydana ehtiyatdan çıxmağım, bir az nəfəs almaq baxımından mənim üçün çox faydalı oldu. Start heyətdə yer almamağım az oynayanlara özünü göstərmək imkanı yaratdı. Hər kəsə ehtiyacımız olacaq. Ona görə də hamımız eyni səviyyədə olmalıyıq. Liqa 1-də üç vacib oyunumuz var".