"Marsel"in futbolçusu Stiv Mandanda Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Sportal.az xəbər verir ki, fransalı qapıçı 3:1 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:
“Maraqlı oyun alındı. Çox istəkli komandaya qarşı oynadıq. Rəqib qol vurmaq üçün imkanlar yaradırdı. Çox yaxşı oynadığımızı düşünmürəm. Amma əsas odur ki, qalib gəldik. "Qarabağ"ın çoxlu qol imkanları vardı. İşimi ən yaxşı şəkildə görməyə çalışdım".
Bu komandalar arasında cavab görüşü fevralın 24-də Bakıda baş tutacaq.