Azərbaycanlı futbolçu Avstriya klubunda

16:50 - 18 Fevral 2022

Azərbaycan millisinin sabiq üzvü Amit Quluzadə karyerasını Avstriyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "ATSV Stadl-Paura" klubu ilə razılaşıb. Region Liqası klubu Quluzadə ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalayıb.

Son klubu Moldova "Milsami"si olan azərbaycanlı yarımmüdafiəçi daha əvvəl “Rəvan”, “Sumqayıt”, “Qəbələ”, “Səbail”, “Ərciyəsspor” (Türkiyə), “Atletiko” (Portuqaliya), AEL (Yunanıstan), “Drita” (Kosovo) və “Çelik”də (Bosniya və Hersoqovina) çıxış edib.

Xəbər xətti