"Qarabağ"ın Marseldəki çıxışından həzz aldım".
Sportal.az xəbər verir ki, bunu Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Bəxtiyar Musayev deyib.
"Köhlən atlar"ın oyunundan ağızdolusu danışan mütəxəssis komandamızın sırf fərdi keyfiyyətlərə görə məğlub olmasına təəssüf etdiyini bildirib: "Qarabağ" çox xoş təsir bağışladı. Hər bir azərbaycanlı kimi 90 dəqiqə qürur hissi ilə matçı izlədim. O cür adlı-sanlı rəqibə qarşı komanda şəklində heç bir komponentdə uduzmadıq.
Hə, futbolçuların fərdi keyfiyyətləri amilinə görə təəssüf ki, komanda sonda uduzdu. Amma layiqli mübarizə apardıq. Buna görə Qurban Qurbanov və bütün kollektivə təşəkkür edirəm ki, belə həyəcanı və qürürverici oyunu bizə bəxş elədilər".
Musayev rəqibin qarşılaşmaya çox ciddi yanaşmasını rəğmən "Qarabağ"ın parlaq çıxışının xüsusi vurğulanmalı olduğunu dilə gətirib: "Marsel"lə "Qarabağ" arasında həm futbolçuların keyfiyyəti, həm də klub olaraq böyük fərq var. Adətən belə fərq olanda güclü olan rəqib oyuna qeyri-ciddi yanaşır. Amma "Marsel" ilk dəqiqələrdən "Qarabağ"la oyuna tam ciddi köklənmişdi. Bunu da xüsusi qeyd etmək istərdim ki, hətta buna rəğmən "Qarabağ" çox inamlı təsir bağışladı".
saytlarin hazirlanmasi