Qara Qarayev: "Bu adı tək özüm qazanmamışam"

20:35 - 22 Fevral 2022

“İdman ustası” dərəcəsinə layiq görülən "Qarabağ"ın futbolçusu Qara Qarayev Feysbuk səhifəsində fikirlərini paylaşıb.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Gənclər və İdman nazirliyi, klub rəhbərliyi, baş məşqçi və komanda yoldaşlarına təşəkkür edib:

 

“İdman ustası” adına layiq görüldüyüm üçün Gənclər və İdman nazirliyinə təşəkkür edirəm. Bu adı tək özüm qazanmamışam. Bu adı mənə qazandıran - klub rəhbərliyi, baş məşqçi, komanda yoldaşlarım və azarkeşlərimizə təşəkkür edirəm. Bu ada layiq görülməyimdə onların da zəhməti var. Təşəkkürlər, "Qarabağ"!

Xəbər xətti