Türkiyənin "Eyüpspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, I Liqa təmsilçisini Hamza Hamzaoğlu çalışdıracaq. 52 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.
Son iş yeri "Rizəspor" olan Hamza Hamzaoğlu 2014-2015-ci illərdə "Qalatasaray"ı çalışdırıb. O, İstanbul təmsilçisinin baş məşqçisi olarkən Türkiyə çempionluğu, Türkiyə Kuboku və Super Kubokunu qazanıb.
saytlarin hazirlanmasi