Jelko Kopiç: "Sevilyadakı oyunda Mahirin istənilən formada olmadığı göründü"

19:52 - 23 Fevral 2022

“Dinamo”nun baş məşqçisi Jelko Kopiç Avropa Liqası pley-off mərhələsinin “Sevilya”ya qarşı Zaqrebdə keçiriləcək oyunundan əvvəl mətbuat konfransında fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Mahir Emrelinin hazırki forması barədə də danışıb:

 

“Emreli komandaya gec qoşulub. O, uzun zaman məşqsiz qalmışdı. Artıq komanda ilə birlikdə məşq edir. Sevilyadakı oyunda da debüt etmişdi. Oradakı oyunda da istənilən formada olmadığı göründü. Futbolçu oyundan-oyuna formasını yığmalıdı. Ümidvarıq ki, yaxın vaxtlarda o, bizə xeyir verəcək”.

 

Qeyd edək ki, "Dinamo" - "Sevilya" matçı sabah Bakı vaxtilə saat 21:45-də baş tutacaq.

Xəbər xətti