"Qarabağ"ın qapıçısı Emil Balayev karyerasını Qazaxıstanda davam etdirə bilər.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü "Turan" klubu ilə anlaşıb. Qazaxıtan mətbuatının yazdığına görə, 27 yaşlı "əlcək sahibi" müqavilə imzaladıqdan sonra komandanın təlim-məşq toplanışına qatılacaq.
Emil Balayev hazırda "Turan"ın baş məşqçisi olan Vladimir Qazzaevin rəhbərliyi altinda 2019-cu ildə "Tobol" klubunda çıxış edib.
Karyerası ərzində "Neftçi", "Ayntraxt", "Səbail", "Tobol" və "Zirə"də çıxış etmiş Emil Balayevin "Qarabağ"la müqaviləsi mövsümün sonunda başa çatır.
saytlarin hazirlanmasi