AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, bu gün baş tutan iclasda I Divizionun XV turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
I Divizionun XV turunun “Səbail-2” – MOİK oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur (maddə 39);
“Səbail-2” komandası vaxtında protokolu tərtib etmədiyi üçün 80 manat cərimə olunur (maddə 54);
“Səbail-2” komandasının futbolçusu Mehman Mənsimov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);
MOİK klubu vaxtında protokolu tərtib etmədiyi üçün 80 manat cərimə olunur (maddə 54);
XV turun “Sumqayıt-2” – “Qarabağ-2” oyununda “Sumqayıt-2” komandasının futbolçusu Bədir Ziyadov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
XV turun “Neftçi-2” – “Qəbələ-2” oyununda “Neftçi-2” komandasının futbolçusu Nihad Qurbanlı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1).
saytlarin hazirlanmasi