Nazarov iki qol vurdu, komandası səfərdə heç-heçə etdi - VİDEO

11:33 - 26 Fevral 2022

Almaniya II Bundesliqasında 24-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" səfərdə "Paderborn"un qonağı olub. 6 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.

 

Dmitri Nazarov da bu görüşün iştirakçısı olub. 31 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib. Nazarov komandasının 1-ci və 3-cü qollarının müəllifi olub. O, hər iki qolu penaltidən vurub.

 

16 xal toplayan "Erzgebirge" 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

 

Xəbər xətti