Millimizin sabiq hücumçusu: "Buffon məndən formamı istədi"

11:56 - 26 Fevral 2022

Azərbaycan milli komandasının keçmiş üzvü Rüfət Dadaşov Almaniya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, hazırda "Şalke"nin B komandasında çıxış edən 29 yaşlı forvard Canluici Buffonla formasını dəyişdiyini bildirib. Bu, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə oyundan (1:2) sonra baş verib:

 

"Oyundan sonra ondan formasını istədim. Çox mehriban söhbət etdikdən sonra istəyimi yerinə yetirdi. Getmək istəyəndə çağırdı və o da mənim formamı istədi. Əvvəlcə tərəddüd etdim. Düşündüm ki, onsuz da bəyənməyəcək. Amma sonradan razılaşdım".

 

Qeyd edək ki, Rüfət Dadaşov cari mövsümdə "Şalke"nin B komandasınnı heyətində meydana çıxdığı 16 oyunda 9 qol vurub. Təcrübəli qolçu əsas komandanın heyətində isə 2 matç keçirib.

Xəbər xətti