Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 27-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası doğma meydanda “Essen”lə qarşılaşıb. Matç qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Şalke 2” bu nəticədən sonra 31 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi