Ayaz Quliyev komandasını məğlubiyyətdən xilas edə bilmədi

20:45 - 26 Fevral 2022

Futbol üzrə Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) səfərdə “Soçi” ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Quliyev də bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb.

 

“Arsenal” geridə qalan 19 turda 19 xal toplayıb və 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti