Azərbaycan Premyer Liqasının 17-ci turunun "Keşlə" ilə oyunu "Qarabağ"ın futbolçusu Amin Ramazanov üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, 19 yaşlı qapıçı həmin matçda start heyətdə meydana çıxıb. Bununla da, gənc qolkiper "Qarabağ"ın heyətində ilk rəsmi oyununu keçirib.
Qeyd edək ki, "Keşlə" - "Qarabağ" matçı 0:0 hesablı bərabərliklə başa çatıb.
saytlarin hazirlanmasi