Türkiyənin "Yeni Malatyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Cihat Arslan çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 52 yaşlı mütəxəssislə müqavilənin detalları açıqlanmayıb.
27 turdan sonra 17 xal toplayan "Yeni Malatyaspor" Super Liqada turnir cədvəlinin sonuncu pilləsindədir.
saytlarin hazirlanmasi