“Fənərbaxça”nın zədəli futbolçusu Fərdi Kadıoğlunun son durumu məlum olub.
Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi 1,5-2 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə komandanın baş məşqçisi İsmayıl Kartal yerli mətbuata açıqlamasında bildirib.
Fərdi Konfrans Liqasında “Slaviya”ya qarşı keçirilən səfər matçında (2:3) zədələnmişdi.