"Qarabağ" qapıçısı Emil Balayevlə yolları ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Azərbaycan millisinin üzvü karyerasını Qazaxıstanın "Turan" klubunda davam etdirəcək.