Azərbaycan millisinin üzvü Anton Krivotsyukun çıxış etdiyi "Visla" bəzi futbolçularının maaşlarını ödəyə bilmir.
Sportal.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. Xəbərdə klubun maliyyə problemləri səbəbindən bəzi oyunçuların məvacibini ödəyə bilmədiyi qeyd olunub.
Maaşını ala bilməyənlər arasında Krivotsyukun da adı var. Xəbərdə qeyd olunan digər oyunçular isə Kristian Vallo və Filip Lesniakdır.
Qeyd edək ki, Anton Krivotsyuk ötən ilin yayından "Visla"da çıxış edir. 23 yaşlı müdafiəçi Plotsk təmsilçisinin heyətində meydana çıxdığı 14 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.