AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, bu gün baş tutan iclasda I Divizionun XVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
I Divizionun XVI turunun “Qəbələ-2” – “Keşlə-2” oyununda “Qəbələ-2” klubunun 33 nömrəli futbolçusu Hüseyn Mürsəlov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur (maddə 47.1).
XVI turunun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyununda matçın 42-ci dəqiqəsində “Neftçi-2” klubunun 22 nömrəli futbolçusu Mirabdulla Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 320 manat cərimə olunur (maddə 41.3).
XVI turunun “Sabah-2” – “Turan Tovuz” oyununda “Sabah-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
XVI turunun MOİK – “Zirə-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2)
MOİK klubu vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 54).
“Zirə-2” klubunun 70 nömrəli futbolçusu Nicat Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur (maddə 47.1).
XVI turunun “Zaqatala” – “Səbail-2” oyununda “Zaqatala” klubu oyun günü planına riayət etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 84).
“Zaqatala” klubunun 1 nömrəli futbolçusu Vüsal Şabanov oyunun 42-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur (maddə 47.1).
“Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
saytlarin hazirlanmasi