"Real"ın təcrübəli futbolçusu PSJ-yə qarşı oynamayacaq

18:55 - 4 Mart 2022

"Real"ın yarımmüdafiəçisi Toni Kroos Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ-yə qarşı keçiriləcək cavab oyununda böyük ehtimalla meydana çıxmayacaq.

Sportal.az xəbər verir ki, almaniyalı futbolçu zədəsini tam sağalda bilmədiyinə görə Fransa nəhənginə qarşı matçda iştirak etmək şansı sıfıra bərabərdi.

"Kral klubu"nun həkimləri arxa əzələsini dartan təcrübəli oyunçunun PSJ ilə matça kimi hazır durumda olmayacağını bildirib. 

Xəbər xətti