Daha bir azərbaycanlı futbolçu Polşa klubu ilə anlaşdı

19:37 - 4 Mart 2022

Azərbaycanın aşağı yaş qruplarından ibarət yığma komandasında çıxış etmiş Yusif Cəfərov Polşa klublarından təklif alıb.

Sportal.az saytının məlumatına görə, 24 yaşlı futbolçuya rəsmi təklif göndərən klublardan biri "Kosmos Novataneç"di.

Artıq danışıqlar müsbət yekunlaşıb. Futbolçu viza məsələləsini həll edəcəyi təqdirdə, Polşaya yollanacaq.  Cəfərovun son komandası “Turan-Tovuz” olub.

Xəbər xətti