İngiltərə klubu PSJ-nin futbolçusu ilə razılığa gəldi

20:07 - 4 Mart 2022

PSJ-nin yarımmüdafiəçisi Corcinyo Veynaldum İngiltərə Premyer Liqasına qayıtmağa hazırlaşır.

Sportal.az xəbər verir ki, "Liverpul" formasını geyinmiş niderlandlı "Aston Villa" ilə danışıqlar aparır. 

PSJ-də özünü xoşbəxt hiss etməyən 31 yaşlı futbolçu yayda Fransanın paytaxtını tərk edəcək. Birmingem təmsilçisi yayda niderlandlı ilə 2 illik rəsmi müqavilə imzalayacaq.

Xəbər xətti