Bundesliqanın oyunu təxirə salındı

20:49 - 4 Mart 2022

Almaniya Bundesliqasının 25-ci turu çərivəsində keçirilməsi planlaşdırılan "Maynts" – "Borussiya" matçı təxirə salınıb.

Sportal.az "Maynts" klubunun rəsmi saytına istinadən xəbər verir ki, martın 6-na planlaşdırılan görüşün baş tutmaması COVİD-19 pandemiyasına görə olub.

Belə ki, ev sahiblərindən 19 nəfər koronavirusa yoluxub. Matçın nə vaxt keçiriləcəyi dəqiq deyil.

Xəbər xətti