Bu futbolçu sabah "Zirə"yə kömək edə bilməyəcək

21:15 - 4 Mart 2022

Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sumqayıt”ı qəbul edəcək “Zirə” oyuna itki ilə çıxacaq

Sportal.az xəbər verir ki, Nemanya Ancelkoviç və Filipe Paxtman zədəli olduğuna görə “qartallar”a kömək etməyəcək. Bu futbolçularla yanaşı sabahkı matçda Təmkin Xəlilzadə də meydana çıxmayacaq. Belə ki, Xəlilzadə kart cəzalısı olduğuna görə komandasına kömək edə bilməyəcək. “Sumqayıt”ın heyətində isə itki yoxdu.

“Zirə” – “Sumqayıt” matçı sabah Zirə İdman Kompleksinin stadionunda 17:00-da start götürəcək.

Xəbər xətti