Xorvatiya çempionatında 26-ci turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su “Şibenik”i sınağa çəkəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
“Dinamo”ya bir müddət öncə keçən Emreli hələ Xorvatiya çempionatında debüt etməyib. Əvəzində o, Avropa Liqası çərçivəsində baş tutan İspaniya “Sevilya”sı ilə səfər (1:3) və ev (1:0) oyununda iştirak hüququ qazanıb.
“Dinamo” hazırda 50 xalla 10 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.
18:00. "Dinamo" (Zaqreb) - "Şibenik"
saytlarin hazirlanmasi