Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi "Turan" klubu Qazaxıstan Premyer Liqasında mövsümün ilk oyununa çıxır.
Sportal.az xəbər verir ki, Türküstan təmsilçisi doğma meydanda "Taraz"la qarşılaşacaq. Bakı vaxtilə saat 15:00-da start götürəcək matçın iştirak ərizəsinə Balayevin də adı daxil edilib. 27 yaşlı qolkiper ehtiyat oyunçular skamyasında yer alacaq.
Qeyd edək ki, Emil Balayev "Turan"la dünən rəsmi müqavilə imzalayıb.
saytlarin hazirlanmasi