Qazaxıstan Premyer Liqasında yeni mövsümə start verilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi "Turan" ilk turda öz meydanında "Taraz"ı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Emil Balayev bu görüşün iştirakçısı olmayıb. 27 yaşlı "əlcək sahibi" matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
saytlarin hazirlanmasi