Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" Xorvatiya çempionatında bu gün növbəti matçına çıxacaq.
Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisi 1-ci liqanın 27-ci turu çərçivəsində öz meydanında "Sibenik"lə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq.
Mahir bu oyuna əsas heyətdə başlayacaq. Bu, azərbaycanlı futbolçunun Xorvatiya çempionatında debütü olacaq.