Xorvatiya 1-ci liqasında 27-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" doğma meydanda "Sibenik"lə qarşılaşıb. Matç Zaqreb təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. Qarşılaşmaya start heyətində başlayan 25 yaşlı hücumçu 60-cı dəqiqədə əvəzlənib. "Sibenik"lə oyun Mahirin Xorvatiya çempionatında debütü olub.
Xallarını 53-ə yüksəldən "Dinamo" lider "Osiyek"lə xallarını bərabərləşdirib.
saytlarin hazirlanmasi