Azərbaycan yığmasının üzvü karyerasını başa vurdu

10:22 - 6 Mart 2022

Azərbaycanın qadınlardan ibarət yığma cüdo yığmasının üzvü İrina Kindzerska karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, Ukrayna əsilli idmançı sosial şəbəkə hesabında bu barədə paylaşım edib.

31 yaşlı cüdoçu bu qərarı həyatında baş verən bütün hadisələrdən sonra qəbul etdiyini bildirib: "Səbəblər var, amma indi onlar haqqında danışmağa hazır deyiləm. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm".

İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanıb. 

Xəbər xətti