Roman Abramoviç yeni liqa yaradır: : Balayevin komandası iştirakçı olacaq?

11:59 - 6 Mart 2022

Rusiyalı biznesman Roman Abramoviç yeni futbol liqası yaratmaq niyyətindədi.

Sportal.az “inc-news”a istinadən xəbər verir ki, Qitə Futbol Liqasına Rusiya, Serbiya, Çin, İsrail, Bolqarıstan, Belarus, Qazaxıstan və Finlandiya klubları daxil ola bilər.

"Çelsi"ni satışa çıxarsa da, futbolu tərk etmək istəməyən Abramoviçin bu ideyanı yaxın aylarda həyata keçirəcəyi bildirilir.

“Euronews”un jurnalisti Saydu Pereyranın yazdığına görə, liqaya Rusiya və Çin sahibkarları, eləcə də digər ölkələrin nümayəndələri sponsorluq edəcək. 

Emil Balayevin formasını geyindiyi “Turan”ın bu liqada iştirak etmək şansı aşağıdı. Belə ki, hər ölkədən 2 iddialı klubun turnirdə iştirak edə biləcəyi ehtimalları yüksəkdi.

Mirbağırağa

Xəbər xətti