İtaliya A seriyasının 28-ci turunun "Kalyari" ilə matçında "Latsio"nun forvardı Çiro İmmobile komandasının 3 qolundan birinin müəllifi olub.
Sportal.az xəbər verir ki, bu, forvardın İtaliya A seriyasında vurduğu 143-cü qol kimi tarixə düşüb.
Bununla da İmmobile “Latsio”nun sabiq forvardı Silvio Piolanın rekordunu təkrarlayıb.
Xatırladaq ki, "Kalyari" - "Latsio" görüşü 3:0 hesabı ilə qonaqların qələbəsilə yekunlaşıb.
