Nəbiyev oynamadı, komandası uduzdu

12:33 - 6 Mart 2022

Çexiya 2-ci divizionunda 17-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.

Nəbiyevin komandası "Pribram"ın qonağı olub. Jijkov klubu bu oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

Fərid bu görüşdə iştirak etməyib. “Viktoriya” 17 turdan sonra 10 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti