Bu gün Türkiyə 1-ci liqasında 28-ci turun oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, milli komandamızın yarımmüdafiəçisi Namiq Ələsgərovun formasını geyindiyi "Bursaspor" da növbəti oyununa çıxacaq.
Onun komandası səfərdə "Boluspor"la üz-üzə gələcək. Görüş Bakı vaxtilə 14:30-da başlayacaq.
"Bursaspor" 24 turdan sonra 24 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
