Dadaşovun komandası baş məşqçisiz qaldı

14:07 - 6 Mart 2022

"Şalke" baş məşqçisini istefaya göndərib.

Sportal.az xəbər verir ki, Helzenkirhen təmsilçisi Dimitrios Qrammozislə yollarını ayırıb.

​Ötən ilin mart ayından Almaniya klubunda baş məşqçi kimi fəaliyyət göstərən 43 yaşlı yunan mütəxəssis "Şalke"də qalası olmayıb.

Hazırda Helzenkirhen klubu turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Komanda son turda evdə "Hanza"ya 3:4 hesabı ilə uduzub.

​Millimizin hücumçusu Rüfət Dadaşov da “Şalke”də çıxış edir.

Xəbər xətti