Rüfət qol vurdu, komandası uduzdu

16:36 - 6 Mart 2022

Almaniyanın Qərb Regional Liqasında 28-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, millimizin forvardı Rüfət Dadaşovun çıxış etdiyi "Şalke-2" "Ştralen"in qonağı olub. Dadaşovun komandası 1:2 hesabı ilə uduzub.

Start heyətində meydana çıxan Rüfət sona qədər meydanda olub. Komandasının yeganə qolunu da azərbaycanlı futbolçu vurub. Dadaşov 90+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

​“Şalke 2” bu nəticədən sonra 31 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti