Namik oynadı, "Bursaspor" xal itirdi

17:24 - 6 Mart 2022

Türkiyə 1-ci divizionunda növbəti turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, "Bursaspor" 25-ci tur çərçivəsində "Boluspor"la qarşılaşıb.

Azərbaycan millisinin üzvü Namiq Ələsgərovun formasını geyindiyi klub bu turda da xal itirib. Matç 1:1 hesabı ilə nəticələnib.

Ələsgərov matça start heyətində çıxıb, 74-cü dəqiqədə əvəzlənib. "Bursaspor" hazırda 25 xalla 18-ci pillədə qərarlaşıb. 

Xəbər xətti