Polşa Ekstraklassasında 24-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" növbəti matçına çıxıb.
Antonun komandası "Qurnik"i (Leçna) qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.
Millimizin üzvünün adı matçın iştirak ərizəsinə daxil edilməyib. Plotsk klubu 24 oyunda 33 xal yığaraq turnir cədvəlində 18 kollektiv arasında 7-ci pillədə mövqe tutub.
