"Mançester Yunayted" Ronaldosuz oynayacaq

18:14 - 6 Mart 2022

İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində "Mançester Yunayted" "Mançester Siti" ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" bu oyuna itki ilə çıxacaq.

Komandanın aparıcı üzvü Kriştiano Ronaldo bu oyunda meydana çıxmayacaq. Onunla yanaşı Edinson Kavani də zədə səbəbindən "Mançester Siti"yə qarşı oynamayacaq.

Mançester derbisi martın 6-da Bakı vaxtilə 20:30-da başlayacaq.

Xəbər xətti