Sportal.az xəbər verir ki, Ağdam klubunun futbolçusu jurnalistlərin suallarını cavablandırıb.
“İntensiv oyun oldu. Böyük turnirdə oynamırıq. Bu mənada oyuna köklənmək çətindi. Birinci hissədə bundan əziyyət çəkirdik. Amma ikinci yarıya çıxanda tam başqa futbol oynadıq. Hər şey istədiyimiz kimi alındı.
- Yaxşı köklənsəydiniz bəs neçə qol vurardınız?
- İstər-istəməz böyük komandalara qarşı oynayanda başqa cür hazırlaşırsan. Konsentrasiyanı oyuna yönəldirsən. Yerli çempionat oyununa hansısa futbolçu rahat çıxır, konsentrasiya aşağı olur. Çalışmalıydıq ki, bunu qaldıraq. Hər il bizdə bu cür problem baş verir. Baş məşqçi də demişdi ki, belə problem ola bilər.
- Penalti sizi nə dərəcədə qıcıqlandırdı?
- Çempionatımızın səviyyəsizliyi imkan vermədi ki, “Marsel” səddini keçəsiniz?
- 33 yaşın olsa da, hələ də idman formanı yaxşı saxlamısan...
- Rəşad Sadıqovun avrokuboklardakı oyun sayında rekordunu qırdın. Bəs, millidə oyuna sayına və ya heç olmasa 100 oyun sayına çatan ikinci futbolçu ola biləcəksən?
- "Qarabağ"da uğurlar qazanmısan. Bundan sonra hədəflərin nədi?
- Konfrans Liqasının qrupundan çıxmışıq. Amma istəyərdim ki, bu Avroliqada və Çempionlar Liqasında olsun. İstənilən halda nə qədər uğurlar olsa da, hədəflər bitmir.
Mirbağırağa