Namik Ələskərovun çıxış etdiyi "Bursaspor"un yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, I Liqa təmsilçisi Mustafa Erlə razılıq əldə edib. Anlaşmanın yaxın zamanda açıqlanacağı gözlənilir.
42 yaşlı mütəxəssis bu postda dünən istefaya göndərilən Tamer Tunanı əvəz edəcək.
Qeyd edək ki, Mustafa Er 2020-ci ilin sentyabrından 2021-ci ilin avqust ayınadək "Bursaspor"un baş məşqçisi olub.
saytlarin hazirlanmasi