“Qarabağ” ardıcıl 9-cu ev oyununda qələbə qazanıb.
Sportal.az xəbər verir ki, cari mövsüm öz meydanında keçirdiyi 8 qarşılaşmanın hamısında qalib gələn Qurban Qurbanovun yetirmələri ötən çempionatının son ev matçında da üç xal qazanıb. Ağdamlılar sonuncu dəfə 2021-ci il mayın 4-də “Zirə” ilə qarşılaşmada xal itkisi ilə üzləşib – 1:1.
Evdə ardıcıl 9 qələbə qazanan “Qarabağ” son 6 mövsümün ən yüksək göstəricisinə imza atıb. Daha uzun seriyaya sonuncu dəfə 2015/16 mövsümündə təsadüf olunub.
Qeyd edək ki, “Qarabağ” XVIII turun “Qəbələ” ilə ev matçında 5:1 hesabı ilə qalib gəlib.
saytlarin hazirlanmasi