PSJ-nin yarımmüdafiəçisi Corcinyo Veynaldum İngiltərəyə qayıtmağa hazırlaşır.
Sportal.az “sport.es”ə istinadən xəbər verir ki, “Aston Villa”nın baş məşqçisi Stiven Cerrard niderlandlı futbolçunun transfer edilməsini rəhbərlikdən xahiş edib.
Birmingem təmsilçisi "Liverpul"un sabiq futbolçusu üçün 25 milyon avro ödəməyə hazırdı. PSJ-nin oyun praktikasından əziyyət çəkən niderlandlını satacağı ehtimal edilir.
