"Yuventus"un futbolçusu üçün mövsüm bitdi

18:16 - 7 Mart 2022

"Yuventus"un yarımmüdafiəçisi Ueston Makkenni üçün mövsüm başa çatıb.

Sportal.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri məlumat verib.

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Vilyarreal"la ilk oyununda (1:1) 23 yaşlı futbolçunun sol ayağında ikinci və üçüncü sümükləri sınıb. Bu səbəbdən, o, mövsümün qalanını buraxacaq.

Makkenni bu sezon "Yuventus"un heyətində 28 oyuna çıxıb, 4 qol vurub.

Xəbər xətti