"Zaman keçdikcə daha yaxşı oyunlarımız olacaq" - MÜSAHİBƏ

20:30 - 7 Mart 2022

"Neftçi"nin futbolçusu Azər Salahlı Sportal.az saytına müsahibə verib.  

- Son turda "Səbail"ə qalib gəlməyi bacardınız. Matç sizin üçün necə alındı?
- Oyunun ilk dəqiqələrdən çətin keçəcəyini bilirdik. Çünki “Səbail” çox yaxşı müdafiə olunan komandadı. Çoxsaylı hücumlarımız da yalnız 2-ci yarıda öz bəhrəsini verdi. Şükürlər olsun ki, qələbə qazana bildik.

- Qələbə qollarını yalnız 70-ci dəqiqədən sonra vura bildiniz...
- Erkən qol vurmaq istəyirdik. Ancaq alınmadı. Futbolda belə hallar olur. Əsas odur ki, qələbə qazana bildik.

- "Neftçi"nin məqsədi çempionluqdu?
- Xal fərqinə baxmırıq. Hər oyuna qələbə üçün çıxırıq. Sona qədər mübarizə aparacağıq.

- “Qarabağ” məğlubiyyətindən sonra “Neftçi” 3 turdu ki, 9 xal qazana bilib. “Qarabağ” məğlubiyyəti “Neftçi”ni ayıltdı, yoxsa yeni heyət qurulub deyə, zamana ehtiyac var idi?
- Qələbə seriyasını davam etdirmək istəyirik. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik. Zaman keçdikcə düşünürəm ki, daha da yaxşı oyunlarımız olacaq.

- “Neftçi”nin oyun stilinə tam uyğunlaşa bilmisən? “Keşlə” ilə “Neftçi”nin oyun stilləri çox fərqlidi?
- Uyğunlaşmağa çalışıram. Hər iki komandanın özünəməxsus oyun tərzi var. Müqayisə etmək istəməzdim. Çox şadam ki, qol vurmağı bacardım. Daha da artığını etmək istəyirəm. Bunun üçün səylə çalışıram.

- Növbəti turda "Sumqayıt"la oynayacaqsınız. Bu rəqibi məğlub edə biləcəksiz?
- Növbəti turda hər tur çıxdığımız kimi qələbə üçün meydana çıxacağıq. Xal itirmək fikrində deyilik. Qələbə üçün oynayacağıq.

Mirbağırağa

Xəbər xətti