"Keşlə"nin qapıçısı milliyə dəvət edildi

19:39 - 7 Mart 2022

"Keşlə"nin qapıçısı Stanislav Namaşko Moldova millisinə dəvət alıb.

Sportal.az xəbər verir ki, o, Millətlər Liqasının pley-off mərhələsində Qazaxıstanla keçiriləcək oyunlar üçün yığmaya çağırırılıb.

Moldova ilə Qazaxıstan arasında ilk oyun martın 24-də Kişinyovdakı “Zimbru” stadionunda, cavab görüşü isə 29-da “Astana Arena”da keçiriləcək.

Bu cütün qalibi Millətlər Liqasının 2022/23 mövsümünün C Liqasında Slovakiya, Belarus və Azərbaycan yığması ilə eyni qrupda yer alacaq. Məğlub tərəf isə D Liqasına yuvarlanaraq, Lixtenşteyn, Andorra və Latviyaya rəqib olacaq.

Xəbər xətti